Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Çje MyonaAğ Evin rəmzi qızıl açarını hədiyyə edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Koreya Respublikasınınprezident administrasiyasının katibliyi məlumat yayıb.
“Amerika lideri bildirib ki, oktyabr ayında KoreyaRespublikasına səfəri zamanı dəyərli hədiyyə əldə edib və onunəvəzinə hədiyyə vermək istərdi. Ağ Evin hazırlanmış beş qızılaçarından sonuncusu məhz bizim prezidentə nəsib olub”,- bəyanatdaqeyd olunur.
Xatırladaq ki, oktyabrın sonunda Gyoncu şəhərində keçirilənsammit zamanı Li Çje Myon Donald Trampa qədim Koreya tacının qızılıörtüklü nüsxəsini hədiyyə edib, həmçinin ölkənin ali dövlətmükafatı olan “Mugunhva” ordenini təqdim etmişdi.