AZ

Sumqayıtda müəmmalı ölüm

Sumqayıt şəhərində 66 yaşlı bir şəxsin cansız bədəni tapılıb. Hadisə Qurd dərəsi bağları adlanan yaşayış ərazisində baş verib.

Milli.Az xəbər verir ki, sakinlərin məlumatı əsasında hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və Cabir Abdullayevin meyiti onun yaşadığı fərdi evdə aşkarlanıb.

İlkin ehtimallara görə, kişi bir neçə gün əvvəl vəfat edib. Hazırda ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Asya
Milli.Az 

Seçilən
15
milli.az

1Mənbələr