Qazaxıstanda sərnişin avtobusdan yıxılıb, onurğa sütünü SINDIRIB
Ajans.az xəbər verir ki,avtovağzalın yayımladığı videoda sərnişinin qapılar bağlandıqdan sonra çıxmağa çalışdığı və yıxıldığı görünür. Avtovağzalın məlumatına görə, sürücü və digər sərnişinlər dərhal təcili yardım çağırıblar. Sürücü zərərçəkəni xəstəxanaya aparıb, rentgen müayinəsi və əlavə tibbi yoxlamalar üçün ümumilikdə 50.000 təngə ödəyib. Almatı polisi hadisəni araşdırır.