AZ

Ermənistanla sərhəddə atışma olub? - MN sözçüsü yazdı

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkələrdə Azərbaycan silahlı qüvvələrinin Naxçıvan ərazisində erməni mövqelərini bir neçə dəfə atəşə tutması ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, Torosyan öz “Facebook” səhifəsində yazıb:

"Bu, doğru deyil, daha çox dezinformasiyadır. Bu, dövlətə qarşı hibrid kampaniyanın təzahürü deyilsə, bəs nədir?!" 

Bundan əvvəl jurnalist David Qalstyan "Facebook" sosial şəbəkəsində dekabrın 23-də axşam saatlarında Azərbaycan hərbçilərinin Naxçıvan ərazisindəki erməni mövqelərini bir neçə dəfə atəşə tutması barədə məlumat yaymışdı.


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr