AZ

Ağstafada şəhidlərimizin və qazilərimizn övladları, fiziki qüsurlu və aztəminatlı ailələrdən olan uşaqlar üçün Yeni il şənlikləri təşkil olunub – FOTOLAR

Bayram tədbirləri Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən birgə təşkil olunub.

Əvvəlcə Ağstafa şəhərində yerləşən ictimai-mədəni istirahət məkanlarından birində şəhid övladları ilə görüş keçirilib. Görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov şəhidlərimizin ailə üzvlərini, qazilərimizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində Vətənimiz tarixi azadlığına və suverenliyinə qovuşdu. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi, xalqımıza bəxş etdikləri qürur və iftixar hissləri əbədi olaraq qəlblərdə alovlanacaqdır. Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın bizə əmanət etdikləri övladları və hər bir ailə üzvü qüdrətli dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunur. Tədbirə təşrif buyuran Yeni il bayramının əsas qəhrəmanı Şaxta baba uşaqları təbrik edərək hər birinə bayram hədiyyəsi təqdim edib.

Sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində saat 12 və 15:00-da Bakı Bələdiyyə Teatrı tərəfindən təqdim olunan rəngarəng Yeni il şənliyində Şaxta baba və Qar qız, uşaqların sevimli nağıl qəhrəmanlarının personajlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar nümayiş etdirilib.

Bayram şənlikləri uşaqların böyük sevincinə səbəb olub, onlarla xatirə şəkilləri çəkdirilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

Seçilən
20
2
veteninfo.az

3Mənbələr