AZ

Maliyyəçi Epşteynin həbsxanada ölümünə dair yeni detallar

İnsan, o cümlədən uşaq alveri və cinsi istismarda ittiham edilən amerikalı maliyyəçi Ceffri Epşteynin həbsxanada ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Bu barədə Moderator.az "Daily Mirror" nəşrinə istinadən məlumat verir.

Xəbərə görə, jurnalistlər ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteyn haqqında yeni dərc olunmuş sənədlərdə maliyyəçinin həbsxanadakı son günləri və ölümünə dair məlumatlar aşkar ediblər.

Bəlli olub ki, ölümündən bir neçə gün əvvəl Epşteyn həbsxana psixoloquna baş çəkib və ona öz kamerasına qayıtmaqdan qorxduğunu deyib.

"Psixiatrik qeydlərdə ölümündən iki həftə əvvəl Epşteyn bədbəxt görünürdü və özünü Dastin Hoffmanın autizmli personajı - Hollivud filmindəki "yağış adamı" ilə müqayisə edirdi", - deyə materialda qeyd olunub.

Epşteyn vəziyyəti nəzarətdə saxlamaq üçün hər dəfə yalnız 30 dəqiqə yatdığını deyirmiş. Həmçinin müəyyən edilib ki, maliyyəçinin boynunda boğulmaya xarakterik izlər olub və yerli həkim tərəfindən müalicə alırmış.

"O, kamerasına qayıtmaqdan narahat olduğunu bildirdi, çünki ora boynundakı izlərin peyda olduğu yerdir və o, bunun niyə baş verdiyini bilmir", - deyə materialda psixoloqun şərhindən sitat gətirilib.

Məqalə müəllifi vurğulayır ki, sənədlərdə maliyyəçinin qohumunun Epşteynin qətli ilə bağlı şikayət ərizəsi verdiyi də əks olunur.

Seçilən
31
1
moderator.az

2Mənbələr