AZ

“Rusiyanın Milad atəşkəsini rədd etməsi məni kədərləndirdi” - Papa XIV Leo

Roma Papası XIV Leo Rusiyanın Ukrayna ilə müharibədə Milad atəşkəsini rədd etməsindən məyus olduğunu açıqlayıb.

News365.az xəbər verir ki, Papa İtaliyadakı iqamətgahının qarşısında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bütün xoşməramlı insanlara müraciət edəcək və onları Miladı sülh günü kimi qəbul etməyə çağıracaq.

“Məni çox kədərləndirən məsələlərdən biri Rusiyanın atəşkəs çağırışını rədd etməsidir. Ümid edirəm ki, bizi dinləyəcəklər və o zaman ən azı bir gün – Milad gününü – bütün dünyada sülh günü kimi qeyd edə bilərik”, – Papa əlavə edib.

Qeyd edək ki, bu həftə Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın Ukraynanın Milad atəşkəs təklifini qəbul etmədiyini açıqlayıb.

News365.az

Seçilən
7
news365.az

1Mənbələr