AZ

BMT: ABŞ Konqresi Venesuelaya qarşı təcavüzü dayandırmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Üç xüsusi məruzəçi də daxil olmaqla, dörd BMT eksperti ABŞ Konqresini qismən dəniz blokadasını və ölkənin Venesuelaya qarşı təcavüzünü dayandırmaq üçün müdaxilə etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirilib.

Ekspertlər bildiriblər ki, "ABŞ Konqresi gələcək hücumların qarşısını almaq və blokadanı ləğv etmək üçün müdaxilə etməlidir".

Onlar hesab edirlər ki, ölkəyə daxil olan və çıxan bütün neft tankerlərinin blokadası "əsas beynəlxalq hüququn pozulması" təşkil edir. İnsan haqları fəalları vurğulayıblar ki, "silahlı blokada yolu ilə birtərəfli sanksiyalar tətbiq etmək hüququ mövcud deyil".

Təşkilat həmçinin 2025-ci ilin sentyabr ayının əvvəlindən bəri ABŞ-ın mülki gəmilərə 28 hücumu zamanı dəniz yolu ilə ABŞ-a narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia edilən ən azı 104 nəfərin qanunsuz öldürülməsinə görə məsuliyyət daşıyanların araşdırılmasına və məsuliyyətə cəlb edilməsinə çağırıb. Ekspertlər izah ediblər ki, "mövcud məlumata görə, bu günə qədər öldürülən şəxslərdən heç biri ölümcül güc tətbiqini əsaslandıra biləcək qaçılmaz təhlükə yaratmayıb".

Vaşinqton Venesuela hakimiyyətini əsassız olaraq narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçi göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə ən azı 20 sürət qayığı aşkarlayıb və nəticədə 100-dən çox insan həlak olub. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə Venesueladakı narkotik kartel hədəflərinə zərbələr endirməyə başlaya biləcəyi barədə məlumat yayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
bizimyol.info

1Mənbələr