AZ

Bakının bu kəndində işıqsız küçələr sakinləri çətin vəziyyətə salır

Abşeron rayonu, Məmmədli kəndində yaşayan sakinlər uzun müddətdir yolların vəziyyəti və küçələrin işıqlandırılması ilə bağlı problemlərdən əziyyət çəkirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, yollar çox yararsızdır və yağışlı havalarda palçıq səbəbindən hərəkət demək olar ki, mümkünsüz olur. Küçə işıqlarının olmaması isə gecə saatlarında təhlükəni artırır.

Sakinlər bildirirlər ki, bu problemlər artıq 20 ildən çoxdur mövcuddur və dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələ də əsaslı həll əldə olunmayıb. Xüsusilə yaşlılar, uşaqlar və avtomobil sürənlər üçün vəziyyət çətinlik yaradır.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, daxili küçələr bələdiyyələrin balansındadır və yerli büdcə imkanları çərçivəsində yolların abadlaşdırılması mərhələli şəkildə həyata keçirilir.

Qeyd olunub ki, sözügedən küçə də gələn il üçün planlaşdırılan abadlaşdırma işlərinə daxil edilib və müvafiq tədbirlər görüləcək.

Asya
Milli.Az 

Seçilən
13
1
milli.az

2Mənbələr