AZ

General Sarvarovun son səfəri: Daxili proseslərin sonu hara aparır?

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskvada Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov sui-qəsd nəticəsində öldürülüb. Həyatını itirməsinə səbəb avtomobilinin altına yerləşdirilmiş maqnit mina olduğu ehtimal edilir. General Sarvarov uzun illər Osetiya-İnquş münaqişəsi, Çeçenistanda antiterror əməliyyatları və Suriyada döyüş əməliyyatlarında iştirak edib. Hadisə ölkədə böyük rezonans yaradıb və sui-qəsdin məsuliyyətinin kimdə olması barədə müxtəlif versiyalar irəli sürülür.

Bu sui-qəsd Rusiyanın daxilindəki hakimiyyət proseslərinə və orduda etimadsızlığa hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ədalət Partiyasının sədri Mütəllim Rəhimov bildirib ki, Rusiyalı generalın öldürülməsində iki versiya səsləndirilir. 

Onun sözlərinə görə, birinci versiya odur ki, rusiyalı rəsmilər bu sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini deyirlər: 

"Digər versiyaya görə, çoxları düşünür ki, generalın aradan götürülməsi Rusiya rəhbərliyinin də "işi" ola bilər. Hər iki versiyanı müəyyən arqumentlərlə əsaslandırmağa çalışırlar. Əvvəla qeyd edək ki, müharibə başlayandan indiyədək 20-dək rus generalı öldürülüb. Bu generalların bəziləri ümumiyyətlə cəbhə xəttində olmayıblar. Məhz cəbhə xəttindən kənarda, xüsusən Moskvanın mərkəzində bir generalın qətlə yetirilməsi Rusiya ictimaiyyətinin diqqət mərkəzindədir".

Mütəllim Rəhimov: Putin bu qəbildən olan generalları sui-qəsd nəticəsində aradan qaldıra bilər

Həmsöhbətimiz əlavə edib ki, əgər iddia edildiyi kimi sui-qəsd Ukrayna kəşfiyyatı tərəfindən icra olunubsa, bu, həqiqətən rus ordusunda böyük çaşqınlıq və ordu rəhbərliyinə etimadsızlıq yaratmağa hesablanıb: 

"Hadisələrin analizi göstərir ki, generalın hədəf seçilməsi və sui-qəsdin baş tutması yüksək texnologiyaların istifadəsi və uzunmüddət izlənməsi şəraitində həyata keçirilib. Bu, Ukraynanın Qərbin dəstəyi ilə Rusiyanın zabit heyətinə qarşı həyata keçirdiyi sui-qəsd aksiyası da ola bilər". 

M.Rəhimov qeyd edib ki, zaman-zaman Rusiya mediasında açıqlamalar yayılır ki, yüksək rütbəli generallar "korrupsiya və müharibədə uğursuzluq" adı altında ittiham olunurlar: 

"Putin bu qəbildən olan generalları sui-qəsd nəticəsində aradan qaldıra bilər. Bu da Rusiya ordusunun "təmizlənməsi" anlamına gəlir. Amma nəticə onu deməyə əsas verir ki, rus ordusunun kifayət qədər boşluqları var. Göründüyü kimi, Rusiyanın baş verənlərə qarşı tutarlı arqumentləri yoxdur. Rusiya bu sui-qəsddən sonra Qərb əleyhinə sərt bəyanatlar verməklə yanaşı, həm də Ukraynaya qarşı hərbi əməliyyatların şiddətini artırdı. Təbii ki, bunlar rus ordusu ilə bağlı etimadsızlığı, şübhələri aradan qaldırmır".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
bakivaxti.az

1Mənbələr