1-ci Liqada 12-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Mingəçevir” – “Şahdağ Qusar” oyununda qalib müəyyənləşməyib. “Səbail” evdə “Şimal”a uduzubsa, “Baku Sportinq” “Zaqatala”ya qalib gəlib.

1-ci Liqa
12-ci tur

24 dekabr

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar: Kennet Kalunqa, 14 – Ruslan Voronsov, 25.

“Səbail” – “Şimal” 3:4
Qollar: Emil Qasımov, 43. Kamran Quliyev, 71-pen; 90+2 – Xəyal Bədirov, 48. Şahlar Sədiyev, 54. Fərid Nadirov, 60. Amil Məmmədov, 65.

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar: İlham Allahverdiyev, 19; 60 – Kabamba Mardok, 89.