Almaniyalı futbolçu Sebastyan Hertner Monteneqronun Savin Kuk dağ-xizək kurortunda baş verən faciəli hadisə nəticəsində 34 yaşında həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Hertner həyat yoldaşı ilə birlikdə istirahətdə olarkən, təxminən 70 metr hündürlükdə olan kanat yolundan yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Faciə kanat yolunda oturacaqların toqquşması nəticəsində baş verib. Futbolçunun həyat yoldaşı ayağından xəsarət alıb, bir müddət kanat yolunda asılı vəziyyətdə qalıb və daha sonra xilasedicilər tərəfindən xilas edilib.