AZ

“Həzi Aslanov” metrostansiyasında TƏMİR nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

Ötən il noyabr ayının 30-dan “Həzi Aslanov” metrostansiyanın dalanında əsaslı təmir və bərpa işləri görülür. Təmirlə əlaqədar Qırmızı (“İçərişəhər” metrostansiyasından) və Yaşıl (“Dərnəgül” metrostansiyasından) xətlərin hərəkət cədvəlində dəyişiklik edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ


Belə ki, “Həzi Aslanov” stansiyası sərnişindaşımanı dayandırmasa da, qatarlar hər iki xətt üzrə “Əhmədli” stansiyasına və geri istiqamətdə hərəkət edir. “Həzi Aslanov” stansiyasına gedənlər isə “Əhmədli” və “Həzi Aslanov” arasında 10 dəqiqə intervalla hərəkət edən qatarla mənzilbaşına çata bilirlər.

İlin sonuna az qalıb. Bir ildən artıq davam edən təmir nə zaman yekunlaşacaq?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, dalan gələn ilin ikinci yarısında istifadəyə veriləcək:
 

“Qırmızı xəttin fəaliyyətdə olan "Həzi Aslanov" stansiyasında dalan hissəsi gələn ilin ikinci yarısı ərzində istifadəyə veriləcək. Bu, təmir və yenidənqurma işləridir və çox vaxt aparır. Planlanmış qayda üzrə 2026-cı ilin sonudur, lakin ikinci yarımil ərzində bitməsi gözlənilir”.


Qeyd edək ki, dövlət proqramı çərçivəsində layihə adı Y-17 və yaxud "Həzi Aslanov-2" şərti adı olan stansiyanın inşasının da 2030-cu ilə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Günay Şahmar, Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr