Son illərdə bir çox insan ağrıların aradan qaldırılmasında kimyəvi dərmanlar əvəzinə təbii üsullara üstünlük verir.
Pravda.az bildirir ki, bəzi təbii ağrı kəsicilər düzgün tətbiq olunduqda müxtəlif ağrı növlərinin yüngülləşdirilməsində effektiv ola bilər.
Araşdırmalara görə, isti və soyuq kompreslər əzələ və oynaq ağrılarını azaltmağa kömək edir. Zəncəfil və sarıkök kimi bitkilər iltihab əleyhinə təsirləri ilə seçilir. Lavanda, nanə və rozmarin yağları isə masaj və aromaterapiya vasitəsilə rahatladıcı təsir göstərir.
Bundan əlavə, müntəzəm fiziki hərəkət, masaj, meditasiya və keyfiyyətli yuxu bədəndə endorfin hormonunun artmasına səbəb olaraq ağrı hissini azalda bilər. Omega-3 tərkibli qidalar və tərəvəzlər də bədənin iltihabla mübarizəsinə dəstək verir.
Mütəxəssislər qeyd edirlər ki, təbii üsullar yüngül və orta dərəcəli ağrılarda faydalı ola bilər. Şiddətli və uzunmüddətli ağrılar zamanı isə mütləq həkimə müraciət etmək lazımdır.
Əminə Bayramova