AZ

Maye azotlu kokteyl kişinin mədəsini PARTLATDI – VİDEO

Moskvada maye azotlu kokteyl kişinin mədəsini parçalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Moskvadakı kulinariya studiyalarından birində keçirilən korporativ şənlikdə bədbəxt hadisə baş verib. Məclisdə qonaqlardan birinin maye azotlu kokteyl içdikdən sonra mədəsi parçalanıb.

Bildirilir ki, baş aşpaz qonaqlara tərkibində maye azot olan kokteyl təqdim edib. Qaydaya görə, bu içkini içməzdən əvvəl azotun tam buxarlanmasını gözləmək lazımdır. Lakin aşpaz bu barədə xəbərdarlıq etməyib.

Əksinə, o, iştirakçılardan birinə kokteyli dərhal içməyi təklif edib. Kişi içkini qəbul edən kimi özünü pis hiss edib və məlum olub ki, onun mədəsi yırtılıb.

Zərərçəkən təcili şəkildə reanimasiyaya yerləşdirilib və orqanın bərpası tikilməsi üçün əməliyyat olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr