AZ

Xaçmazda növbəti ağacəkmə aksiyası keçirilib – FOTOLAR

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində magistral yolun kənarında yerli iqlim şəraitinə uyğun 1000-dən çox şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.
Seçilən
10
7times.az

1Mənbələr