Finlandiya Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda müdafiə imkanlarını genişləndirməyə davam edir. Ölkənin Hərbi Hava Qüvvələri yeni nəsil “F-35A Lightning II” qırıcılarını “AIM-120D3 AMRAAM” raketləri ilə təchiz etmək qərarı verib.
KONKRET.az xəbər verir ki, bu barədə The National Interest nəşri məlumat yayıb.
ABŞ-la bağlanmış sazişə əsasən, Helsinki 405 ədəd AIM-120D3 raketi və səkkiz ədəd idarəetmə (naviqasiya) bölməsi əldə edəcək. Müqavilənin ümumi dəyəri təxminən 1,07 milyard ABŞ dolları təşkil edir.
Finlandiya müdafiə naziri Hakkanen bildirib ki, raketin ən son versiyası ölkənin Hərbi Hava Qüvvələrinin potensial təhdidlərə operativ və effektiv cavab vermə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Onun sözlərinə görə, bu tədarük eyni zamanda Finlandiyanın ABŞ və digər müttəfiqləri ilə hərbi-texniki əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edir.
Müşviq Tofiqoğlu
KONKRET.az