AZ

Biləsuvarda 88 sinif STEAM dərslərinə cəlb olunub 

Biləsuvar rayonu üzrə STEAM dərslərinə cəlb olunan şagirdlərin statistikası məlum olub. 

AzEdu.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "STEAM layihəsi tətbiq olunan ümumtəhsil məktəblərimizi tanıyaq" həftəsi çərçivəsində məlumat verilib. 

Qeyd olunub ki, layihə Biləsuvar rayonu üzrə ümumtəhsil məktəblərində 2020-ci ildən etibarən tətbiq olunmağa başlanılıb. Hazırda Biləsuvar şəhəri 1, 2 nömrəli tam orta ümumtəhsil məktəbləri, Xırmandalı kənd 2 nömrəli, Zəhmətabad kənd tam orta, İsmətli kənd tam orta ümumtəhsil məktəbləri olmaqla, ümumilikdə 5 ümumtəhsil məktəbində STEAM layihəsi həyata keçirilir. Həmin məktəblər üzrə 88 sinifdə 2043  şagird STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan şagirdlər rayon üzrə ümumi şagirdlərin 13%-ni təşkil edir.            
                                                                                                      
Qeyd edək ki, STEAM layihəsinin əsas məqsədi şagirdlərdə yaradıcı yanaşma, tənqidi düşüncə, təşəbbüskarlıq və kommunikasiya bacarıqlarını inkişaf etdirməkdir. Bu yanaşma təhsilalanların xüsusilə mühəndisliyə və texnologiyalardan istifadəyə marağını artırır, onların layihələrdə fəal iştirakına müsbət təsir göstərir. Nəticədə şagirdlərin dərsə marağı yüksəlir, akademik nailiyyətləri yaxşılaşır və bilik-bacarıqlarının inkişafında, eləcə də gələcək karyera seçimində mühüm rol oynayır.

Seçilən
33
azedu.az

1Mənbələr