Siyəzəndə bədbəxt hadisə baş verib.
News365.az xəbər verir ki, rayonun Böyük Həmyə kənd sakini, 3 yaşlı Seyfəl Hüseynağa oğlu Bağırlı yaşadığı evin həyətində park edilmiş, atası Hüseynağa Bağırova məxsus VAZ-2107 markalı avtomobilə oynamaq məqsədilə daxil olub.
Uşağın atası həmin vaxt maşınını təmir edirmiş. Azyaşlının atası evə vintaçan götürmək üçün gedib. Geri qayıdanda isə maşının tüstüləndiyini görüb.
Ata pəncərəni sındırıb uşağı çıxarmaq istəyib, lakin buna nail olmayıb. Bu zaman ata qapını açıb və içəri oksigen daxil olduğundan maşın qəfil tam alışıb
Yanğından qorxan uşaq qabaq oturacaqdan arxaya keçərək qısılıb qalıb və yanaraq həyatını itirib./// bizim media