AZ

Partladılan polislər ukraynalılara işgəncə veribmiş Moskvadakı partlayışın təfərrüatları məlum olub

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, ötən gecə Moskvanın cənubunda baş verən partlayış nəticəsində Rusiya yol patrul xidmətinin əməkdaşları həlak olub. Əvvəlcə iki polisin öldüyü bildirilirdi, sonradan daha bir nəfərin xəstəxanada öldüyü məlum olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının xüsusi xidmət orqanlarına istinadla yaydığı məlumata görə, dekabrın 24-ü gecəsi Moskvanın Yeletskaya küçəsində Ukraynaya qarşı müharibədə iştirak etmiş və xüsusilə də ukraynalı hərbi əsirlərə işgəncə vermiş Rusiya Daxili İşlər Nazirliyinin zabitləri öldürülüb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr bildiriblər ki, gecə saat 1 radələrində polis bölməsinin yaxınlığında dayanmış polis maşınına yaxınlaşan şəxs avtomobilin pəncərəsindən onun içərisinə partlayıcı qurğu atıb. Partlayış nəticəsində iki polis dərhal həlak olub, daha ikisi isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Baş Kəşfiyyat İdarəsindəki mənbələr qeyd edib ki, məhv edilmiş Rusiya polis zabitləri daha əvvəl Rusiya işğal ordusunun tərkibində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak ediblər. Bundan əlavə, onlar Cenevrə Konvensiyalarını və müharibə qaydaları və adətlərini pozaraq sistematik şəkildə ukraynalı hərbi əsirlərə işgəncə veriblər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr