AZ

"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan benzininin Ermənistan bazarında daha ucuz qiymətə satılacağını müsbət məqam hesab edir.

Bu barədə Papoyan sosial şəbəkədə paylaşdığı videomüraciətdə deyib.

"Elə indicə mətbuatda Azərbaycandan premium sinif benzinin 430 drama (1,13 ABŞ dolları - red.) satılacağı barədə məlumat gördüm, halbuki ölkəmizdə belə benzinin qiyməti adətən 500-520 dram (1,32-1,37 ABŞ dolları - red.) təşkil edir. Yəni o, daha aşağı qiymətə satılacaq ki, bu da yaxşı haldır", - o qeyd edib.

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
25
marja.az

1Mənbələr