AZ

“Belarus ABŞ dan yeni təkliflər alıb” Tertel

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Belarus və ABŞ prezidentləri Aleksandr Lukaşenko və Donald Tramp arasında aktiv dialoq davam edir. Amerika tərəfindən yeni təkliflər alınıb”.

525.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel bildirib.

O deyib ki, bu cür danışıqlar ənənəvi olaraq səssiz aparılır, çünki əldə edilməsi planlaşdırılan nəticələrə xələl gəlməməsi üçün müəyyən prinsiplər mövcuddur. 

Rəsmi əlavə edib ki, qlobal və regional əhəmiyyətli bir çox mövzu, eləcə də ikitərəfli münasibətlər müzakirə olunur. 

Yeni təkliflərə gəlincə, onun sözlərinə görə, hər şey, o cümlədən potensial nəticələr və ata biləcəyimiz addımlar ətraflı şəkildə öyrənilir.

“Dövlət başçısı bizim üçün sərt bir yanaşma müəyyən etdi - söhbət milli maraqların qorunmasından gedir. Biz yalnız ölkəmizin maraqları naminə hərəkət edirik. Atdığımız hər addımı qısa, orta və uzunmüddətli perspektivdən nəzərdən keçiririk", - İvan Tertel vurğulayıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr