AZ

Qohumunun məzarı üçün başqasının başdaşını oğurladı

Saratov vilayətində qəbiristanlıqda maraqlı oğurluq hadisəsi baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir kişi qohumunun məzarına başdaşı qoymaq məqsədilə qəbiristanlıqdan başqa bir məzara məxsus başdaşını oğurlayıb.

Hadisə vilayətin Probujdeniye kəndində yerləşən qəbiristanlıqda qeydə alınıb. Yerli sakin qohumunun məzarından başdaşının oğurlandığı barədə polisə müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb. Dəyən maddi ziyan 14 min rubl olaraq qiymətləndirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə şübhəlinin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, o, əvvəllər məhkum olunmuş 39 yaşlı yerli sakindir. Kişi günahını etiraf edərək oğurluğu qohumunun məzarına başdaşı qoymaq üçün törətdiyini bildirib.

Seçilən
17
publika.az

1Mənbələr