AZ

"Səbail"dən sensasion məğlubiyyət, "Baku Sportinq"dən qələbə

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 12-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə yarışın iddialı komandaları ev sahibi qismində meydana çıxıb. "Mingəçevir" "Şahdağ Qusar"ı, "Səbail" "Şimal"ı, "Baku Sportinq" "Zaqatala"nı qəbul edib. Çempionluq uğrunda mübarizə aparanlar - "nur şəhəri"nin təmsilçisiylə "dənizçilər" bu oyunda da xal itirib. Maraqlı ki, "Şimal" Adil Şükürovun komandasını məğlub etməklə mövsümün ilk qələbəsini qazanıb. Sonuncu sıradakı xaçmazlılar bununla sensasiyaya imza atıb. "Baku Sportinq" ikinci sırada möhkəmlənibsə, "Mingəçevir" yerində sayıb.

Tura sabah keçiriləcək MOİK – "Şəfa" və "Difai" – "Cəbrayıl" matçlarıyla yekun vurulacaq.

24 dekabr
Mingəçevir – Şahdağ Qusar 1:1

Kennet Kalunqa, 13 - Ruslan Voronsov, 24
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 14.00.

Səbail – Şimal 3:4
Emil Qasımov, 44. Kamran Quliyev, 70-p.; 90+3 - Xəyal Bədirov, 48. Şahlar Sədiyev, 54. Fərid Nadirov, 60. Amil Məmmədov, 66
Bakı, "ASCO Arena". Saat 14.00.

Baku Sportinq – Zaqatala 2:1
İlham Allahverdiyev, 19-p.; 60 - Kabamba Mardok, 90
Buzovna, qəsəbə stadionu. Saat 14.30.

25 dekabr
MOİK – Şəfa

Binə, qəsəbə stadionu. Saat 14.00.

Difai – Cəbrayıl
Ağsu, şəhər stadionu. Saat 14.30.

Xal durumu: Şəfa - 27, Baku Sportinq - 25, Səbail - 22, Mingəçevir - 21, Zaqatala - 17, MOİK - 14, Cəbrayıl, Şahdağ Qusar - 12, Difai - 6, Şimal - 5.

Bombardir: Seyxan Fərəcov - 11.

KƏNAN BAHADIR

Seçilən
21
1
football-plus.az

2Mənbələr