"Nottingem Forest"in müdafiəçisi Murillo kaeryarsını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, 23 yaşlı müdafiəçinin xidmətində "Barselona" maraqlıdır. Mənbə "blauqrana"nın baş məşqçisi Hans-Diter Flikin braziliyalı oyunçunun keçidini vacib saydığını vurğualyıb.
Daha öncə sözügedən futbolçunu "Real Madrid", "Bayern Münhen" və "Çelsi"nin də heyətə qatmaq istədiyi barədə məlumatlar dərc edilib.
Qeyd edək ki, Murillo cari mövsüm bütün turnirlərdə 16 matça çıxaraq 1 qol vurub. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.