24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin 5 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitəcəkdir.
AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Xalq Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002005513
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 29.12.2025
Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC