AZ

Maya Sandu Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

Moldova Respublikasının Prezidenti Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
9
25
apa.az

10Mənbələr