AZ

Dostunu döyüb öldürmüşdü 4 il gizlənməsəydi bağışlayardım VİDEO

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini 1987-ci il təvəllüdlü Elçin Abdullayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı keçirilib.Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən mərhum Samir Məmmədovun anası bildirib ki, oğlu fərdi qaydada ev təmiri işləri ilə məşğul olub:

"Hadisədən bir həftə qabaq zəng edib dedib ki, ana mənə hallalıq ver, bir iş üçün gedirəm, ya öləcəm, ya da həbsxanaya gedəcəyəm. Dedi ki, işləmişik, bir nəfər 6000 manat pul verməlidir, heç olmasa 3000 manat verməsini istəyirəm. Bundan 3-4 gündən sonra xəbər aldıq ki, onu Binəqədi ərazisində döyüblər. Kliniki Tibbi Mərkəzdə 40 gün koma vəziyyətində qaldıqdan sonra 2021-ci il noyabrın 11-də vəfat edib. Növbəti gün meyitini təhvil alıb Saray qəbiristanlığında dəfn etdik".Mərhumun qardaşı Rəşad Məmmədovun sözlərinə görə isə Samir zəng edərək, Binəqədi-Xırdalan yolunda, Dövlət Yol Polis idarəsinin yanında kiminləsə dalaşdığını deyib:

"Sonra qardaşımı başında və bədənində çoxsaylı xəsarətlərlə tapıb xəstəxanaya yerləşdirdik. Hadisəyə gəlincə, Arif adlı şəxs mənə Mahir adlı şəxsə məxsus evdə yeyib-içdiklərini, bir müddətdən sonra Elçinlə Samirin mübahisə edərək, çölə çıxdıqlarını və dava başladığını danışıb". Prokuror təqsirləndirilən şəxsdən hadisədən sonra harda olduğunu, illər ərzində gizlənməsinin səbəbini soruşub. Cavab olaraq, Elçin Abdullayev bildirib ki, Arif adlı tanışı ona səhərisi gün deyib ki, guya Samirə bədən xəsarətlərini o yetirib. Amma o, bütün bunları təkzib edib.Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib : "Əgər 4 il gizlənməyib cinayəti etiraf etsəydi, onu bağışlayardım. Amma indi ən ağır cəza istəyirəm".Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
lent.az

1Mənbələr