Bakı, 24 dekabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” klubu “Samsunspor”un futbolçusu Entoni Musaba ilə anlaşıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini ödəyərək keçidi rəsmiləşdirəcək.
İddiaya görə, “Fənərbağça” niderlandlı oyunçuya illik 1,3 milyon avro maaş verəcək.