AZ

Trampın xüsusi nümayəndəsi Qrenlandiya ilə bağlı planlardan danışdı

ABŞ prezidenti Donald Tramp tərəfindən Qrenlandiya üzrə xüsusi elçisi təyin edilmiş Luiziana qubernatoru Ceff Lendri Ağ Evin adanı fəth etmək planlarının olmadığını açıq şəkildə bildirib. Onu sözlərinə görə, Tramp administrasiyasının "kimisə fəth etmək üçün ora getmək" və ya "kiminsə torpağını ələ keçirmək" niyyəti yoxdur.

HİT.az xəbər verir ki, bu barədə Lendri "Fox News"a danışıb.

O bildirib ki, müzakirə daha çox ABŞ və Qrenlandiya arasında milli təhlükəsizlik və iqtisadi məsələlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır. Xüsusi elçi bunu Qrenlandiyanın strateji əhəmiyyətli və ehtiyatlarla zəngin adanın gələcək idarəçiliyini müzakirə etmək üçün ABŞ ilə "iqtisadi masa"da oturmağa dəvət kimi təsvir edib:

"Düşünürəm ki, biz Qrenlandiya xalqı - Qrenlandiyalılarla danışmalıyıq. Onlar nə istəyirlər? Onlar hələ hansı imkanları əldə etməyiblər? Niyə həqiqətən layiq olduqları müdafiəni almayıblar?"

Lendrinin sözləri Trampın 22 dekabrda ABŞ-ın Qrenlandiyanı "olmalı" dediyi əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. O, həmçinin əvvəllər ada üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadəni istisna etməyib.

Samir

Seçilən
18
hit.az

1Mənbələr