Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda Sandu İlham Əliyevi doğum günü münasibətilə təbrik edib və ona möhkəm cansağlığı, güc-qüvvət və dövlət rəhbəri kimi fəaliyyətində uğurlar arzulayıb.
Məktubda Moldova ilə Azərbaycan arasında mövcud dostluq və etimad əlaqələrinin yüksək qiymətləndirildiyi vurğulanıb və ölkələrarası əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümid ifadə olunub.
Sandu, tərəfdaşlıq münasibətlərinin konstruktiv dialoq əsasında davam etdiriləcəyinə əmin olduğunu bildirib və əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.