Roma Papası Lev XIV Milad bayramı ərəfəsində bütün dünyada hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
KONKRET.az xəbər verir ki, Pontifikin sözlərinə görə, bu günlərdə onu dərin kədərə salan məqamlardan biri Rusiyanın Milad atəşkəsi ilə bağlı çağırışı, görünür, qəbul etməməsidir.
Bu barədə Vatican News Lev XIV-dən sitat gətirib.
Bu vəziyyətlə əlaqədar olaraq Roma Papası Milad bayramı günlərində döyüş əməliyyatlarının dayandırılması ilə bağlı çağırışını yenidən səsləndirib və tərəfləri humanitar dəyərlərə hörmət göstərməyə dəvət edib.
Natiq Səlim,
KONKRET.az