AZ

Pəri Miniatürün nəşriyyatlarla məhkəməsi Təzminat təmin edilmədi

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) "Qanun" və "Xan" nəşriyyatlarına qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirilib. Kulis.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət qismən təmin edilib və iddiaçıya məxsus əsərlərdən onun razılığı olmadan biznes məqsədi ilə istifadə edilməsi qadağan edilib. Şikayətin təzminat hissəsi təmin edilməyib. P.Əsgərova Kulis.az-a bildirib ki, təzminatla bağlı iddiasının təmin edilməsi üçün qərardan apellyasiya şikayəti verəcək. Qeyd edək ki, Rəssamlar İttifaqının üzvü, rəssam Pərnisə Əsgərova "Qanun" və "Xan" nəşriyyatlarının onun əsərlərindən icazəsiz istifadə etdiyini əsas gətirərək məhkəməyə müraciət edib və 20 min manat təzminat istəyib.

Qalmaqallı serialın yayımı dayandırıldı

"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
kulis.az

2Mənbələr