AZ

Masallıda İcra başçısı səyyar qəbul keçirdi » AzadMedia.az


24 dekabr 2025-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun I Səmədxanlı kəndində vətəndaşların iştirakı ilə səyyar qəbul keçirdi.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak edirdilər.

Səyyar qəbulu giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov kənd sakinlərini salamlamış, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, əhalinin rifah halının yaxşılaşdırılması və kənd yaşayış məntəqələrinin inkişafı istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, vətəndaş məmnunluğunun təmin olunması, əhalinin sosial problemlərinin operativ həlli dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilmişdir. Qəbul zamanı əsasən aşağıdakı məsələlər qaldırılmışdır:

• Alışanlı kənd orta məktəbinin qarşısından keçən avtomobil yolunda məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürət həddini bildirən yol nişanlarının quraşdırılması;
• Elektrik təchizatının dayanıqlığının təmin olunması, xüsusilə qış aylarında elektrik xətlərində tez-tez baş verən qırılmaların aradan qaldırılması;
• Kənd ərazisində içməli su təminatının yaxşılaşdırılması;
• Səmədxan kəndində məktəbəqədər təhsil müəssisəsinin (uşaq bağçasının) fəaliyyətə başlaması ilə bağlı müraciət;
• və digər müraciətlər olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin hər birini diqqətlə dinləmiş, müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Bəzi məsələlər yerindəcə izah edilmiş, digərləri isə nəzarətə götürülmüşdür.
Seçilən
12
1
azadmedia.az

2Mənbələr