AZ

Əqli Mülkiyyət Agentliyi patent vərəsəliyinin verilməsi məsələsinə aydınlıq gətirdi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hazırda patent qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən işlər aparılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qurum təklif edilən dəyişikliklə bağlı izahat verib:

"Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin normasına görə, "patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir". Qanun layihəsində həmin müddəanın ləğv edilməsi yox, onun qanunun ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquqlara dair 14-cü maddəsinin ikinci hissəsində verilməsi təklif olunur. Bu isə 15-ci maddədə müəyyən edilmiş normanın ləğvi demək deyil. Əvvəllər olduğu kimi, qanunvericiliyə uyğun olaraq patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək hüququndan yenə də istifadə edə biləcək. Hazırda patent qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən işlər aparılır.

Qeyd edək ki, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində hazırlanmış "Patent haqqında" Qanuna təklif edilən dəyişikliyə hazırda Milli Məclisdə baxılır.

Xatırladaq ki, "patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir" bəndi Qanunun 15-ci maddəsinin 4-cü hissəsindən çıxarılaraq 14-cü maddəyə əlavə olunur.

23 dekabr, 18:08

Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik verə bilməyəcək.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Patent haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyinə görə, patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir.

Layihəyə əsasən, bu maddə ləğv edilir.

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr