Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri Abdülhəmid Dibeybəyə başsağlığı verib.
Pravda.az xəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə bildirilib.
"Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin", - başsağlığında deyilir.