AZ

“Barselona”nın müdafiə xəttinə 3 namizədi var - QIŞ BAZARLIĞI

“Barselona” qış transfer pəncərəsində mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi müdafiənin mərkəzini münasib qiymətə başa gələn futbolçu ilə gücləndirmək niyyətindədir.

Klub yayda komandadan ayrılan İniqo Martinesin itkisinin yerini doldura biləcək təcrübəli və liderlik keyfiyyətlərinə malik oyunçulara üstünlük verir.

Namizədlər siyahısında üç futbolçunun adı çəkilir: “Benfika”nın 37 yaşlı müdafiəçisi Nikolas Otamendi, “İnter”in 33 yaşlı futbolçusu Stefan de Vrey və “Bornmut”da çıxış edən 28 yaşlı Markos Senesi.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Otamendinin transfer dəyəri 1 milyon avro təşkil edir. De Vrey 3,5 milyon avro, Senesi isə 22 milyon avro olaraq dəyərləndirilir.

Seçilən
10
sportinfo.az

1Mənbələr