AZ

Xaçmazda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramı ərəfəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcraHakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya “Xanoba” və“Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolununkənarında təşkil olunub.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətininbaşçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər vəictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində magistral yolun kənarında yerli iqlimşəraitinə uyğun 1000-dən çox şam ağacı əkilib. Əkilən ağaclaraaqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.

Qeyd edək ki, Xaçmaz rayonunda ağacəkmə aksiyaları mütəmadiolaraq təşkil edilir. Məqsəd yaşıllıq zolaqlarını genişləndirmək,rayonun ekoloji tarazlığına töhfə vermək və insanlar arasındatəbiətə qayğı hissini təbliğ etməkdir.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
34
az.trend.az

1Mənbələr