AZ

Quba baha, Lənkəran münasib: Yeni il üçün istirahət QİYMƏTLƏRİ

"Azərbaycanda bayram günlərində iki gecə qalmaqla və Yeni il şənliyi daxil olmaqla, beş ulduz otellərin qiymətləri təxminən 1500-2500 manat arasında dəyişir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, qiymət təklifi iki nəfər üçün nəzərdə tutulur:

"Tələb və təklifdən formalaşan qiymətlərdə hətta bayrama yaxın günlərdə yer tapmaq olmur. Ötən illə müqayisədə qiymətlərdə artım müşahidə edilmir. Çünki başqa alternativlər - villalar, kənd evləri və s. yerlər var. Bu kimi alternativlərin bazarda olması qiymətləri tənzimləyir.

Azərbaycanda istirahət baxımından daha bahalı istiqamətlər - Quba, Qusar, Qəbələ və Şamaxını qeyd etmək olar. Bu istiqamətlər məsafə baxımından yaxın olduğuna görə qiymətlər bir qədər yüksəkdir.

Orta qiymətlər isə Lənkəran və Astarada formalaşır. Eyni zamanda Qarabağ istiqamətində - Xankəndi və Şuşanı da qeyd edə bilərik. Bu bölgələrdə qiymətlərin orta olması paytaxtdan daha uzaqda yerləşməsi ilə əlaqədardır.

Qəbələ və Qusarda iki nəfərlik otel qiymətləri 2000 manatdırsa, adı çəkilən digər istiqamətlərdə 1200-1500 manat arasında dəyişir".

Orxan Hüseyn

Seçilən
22
1
far.az

2Mənbələr