AZ

Zirvə yarışı: fasiləyə eyni xalla yollananlar

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

II Liqada dövrəyə yekun vurulub.

Futbolpress.az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra “Qaradağ Lökbatan” fasiləyə lider yollanıb. Aktivində 39 xal olan Bakı təmsilçisi turnir cədvəlinin birinci sırasında qərarlaşıb.

İkinci pillədə qərarlaşan “Xankəndi”nin də eyni xalı var. Lakin komandaların qol göstəricilərində üstün “Qaradağ Lökbatan” olduğu üçün birinci pillədə məhz bu klub qərarlaşıb.

Hər iki komanda 14 turdan sonra 13 qələbə qazanıb, 1 dəfə uduzub. “Qaradağ Lökbatan” 58, “Xankəndi” isə 55 qol vurub. Qol buraxma göstəricisi isə 8-9-dur.

Ötən il Region Liqasını qazandıqdan sonra II Liqaya vəsiqə qazanan “Xankəndi” təcrübəli və iddialı heyət formalaşdırıb. Hədəf I Liqaya yüksəlməkdir. Dövrənin nəticələri komandanın şanslarını artırır. “Xankəndi”də ciddi eniş olmazsa, komanda “Qaradağ Lökbatan”la birlikdə yuxarı liqaya qalxmağa əsas namizəddir.

Turnir cədvəlinin üçüncü sırasında yer alan “Quba” isə 32 xalla liderlərdən 7 xal geri qalır. Bölgə klubu 10 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə uduzub. “Quba” 14 tura 37 qol vurub. Çempionatın bombardiri Vidadi Vəfərov isə komandanın qollarının demək olar, yarısına imza atıb – 18 qol.

Yarışın autsayderi isə “Araz Saatlı”dır. Bölgə təmsilçisi 14 turda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib, 12 dəfə uduzub. Komanda 14 oyunda 12 qol vurub, 75-ni buraxıb. Bu, həm də Azərbaycan çempionatlarında (Premyer Liqa, I və II Liqa üzrə) ən pis göstəricidir. Heyəti gənclərdən təşkil olunan kollektivin liqada qalmaq ehtimalı çətindir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
futbolpress.az

1Mənbələr