AZ

Sürücülərə XƏBƏRDARLIQ: Bunu etsəniz, 50 manat cərimə olunacaqsız

Avtomobil idarə edərkən telefonla danışmaqla bağlı tətbiq olunan cərimələr sürücülər arasında tez-tez suallar doğurur. Xüsusilə qulaqlıqdan və ya avtomobilə qoşulmuş telefon vasitəsilə danışmağın qanuni olub-olmaması geniş maraq kəsb edir.

Mövzunun hüquqi tərəfləri ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, qanunvericilikdə açıq şəkildə göstərilir ki, avtomobil hərəkətdə olduğu zaman telefonu əldə saxlayaraq istifadə edən sürücülər üçün 50 manat məbləğində cərimə nəzərdə tutulur. Bu qayda təkcə telefonla danışmağa deyil, eyni zamanda mesaj yazmaq, sosial şəbəkələrdən istifadə etmək və digər məqsədlərlə telefonu əldə tutmağa da şamil olunur.

Məşhur

Tağı Hüseynov

Hüquqşünas bildirib ki, telefonu avtomobilə qoşaraq (handsfree sistemi vasitəsilə) və ya qulaqlıqdan istifadə edərək danışmaq qanunla qadağan edilmir. Bu halda sürücü telefonu əlində saxlamadığı üçün ona inzibati cərimə tətbiq oluna bilməz.

Tağı Hüseynovun sözlərinə görə, əsas meyar telefonun istifadəsi yox, onun əldə saxlanılmasıdır. “Sürücü qulaqlıqdan və ya avtomobilin daxili səs sistemi vasitəsilə danışırsa, bu, qayda pozuntusu hesab edilmir”, – deyə o vurğulayıb.

Beləliklə, avtomobil idarə edərkən yol hərəkəti təhlükəsizliyi təmin olunduğu halda qulaqlıq və ya avtomobilə qoşulmuş telefon vasitəsilə danışmaq mümkündür və bu, cərimə ilə nəticələnmir.

Aynurə İsmayıl,
KONKRET.az

Seçilən
6
1
konkret.az

2Mənbələr