"Karvan-Yevlax"ın qış hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Klub toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Komandanın rəqiblərindən birinin adına aydınlıq gəlib.
Yevlax təmsilçisi yanvar ayının 17-də “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Karvan-Yevlax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.
Seymur Məmmədov mükafatlandırılıb
Azərbaycan 2-ci Liqasının ən yaxşı bombardirləri müəyyənləşib
I Liqada 12-ci tura start veriləcək
Millimizin üzvü qırmızı vərəqə aldı, komandası qalib gəldi
“Qarabağ” Medinanın əvəzləyicisini tapdı - ELƏ PREMYER LİQADANDIR