AZ

Rayon rəhbərinin Alışanlı kəndində Birinci Qarabağ müharibəsi şəhidinin ailəsinə diqqəti » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi olaraq maraqlanılır və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Belə ki, 24 dekabr 2025-ci il tarixində Birinci Səmədxanlı ərazisinin Alşanlı kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Birinci Qarabağ Müharibəsi şəhidi Ağayev Rasim Həsənağa oğlunun anası Zərifə Ağayeva ilə görüşmüş, onu evinə qədər yola salmış və ailənin sosial vəziyyəti, qayğıları ilə yaxından maraqlanmışdır.

Şəhid ailələrinə göstərilən bu diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla, onların hər zaman dəstək və qayğı ilə əhatə olunmasını təmin edir.

Birinci Qarabağ Müharibəsi şəhidinin anası Zərifə Ağayeva ona göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Seçilən
10
1
azadmedia.az

2Mənbələr