AZ

BMT ABŞ-nin Venesuelaya qarşı blokada siyasətini pislədi

BAKI, 24 dekabr. TELEQRAF

BMT ABŞ-nin Venesuelaya qarşı dəniz blokadasını silahlı təcavüz adlandırıb və ABŞ Konqresini prosesə müdaxilə etməyə çağırıb.

Teleqraf xəbər verir ki, ABŞ Karib dənizinə böyük hərbi qüvvələr yerləşdirib və bu yaxınlarda sanksiyaları pozduğunu iddia etdiyi Venesuelanın neft tankerlərini ələ keçirib.

BMT-nin bəyanatında bildirilir ki, ABŞ-nin silahlı blokada yolu ilə birtərəfli qaydada sanksiyalar tətbiq etmək hüququ yoxdur.

"Blokada BMT Nizamnaməsi ilə qadağan olunmuş başqa bir ölkəyə qarşı hərbi güc tətbiqidir. Bu güc tətbiqi Baş Assambleya tərəfindən 1974-cü ildə qəbul edilmiş sənədə əsasən, birbaşa qanunsuz silahlı təcavüz hesab olunur. Beləliklə, bu, prinsipcə zərər çəkmiş dövlətə özünümüdafiə hüququ verən Nizamnamənin 51-ci maddəsinə əsasən silahlı hücumdur” - məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanı neftdən narkoterrorizm, insan alveri, qətl və adam oğurluğunu maliyyələşdirmək üçün istifadə etməkdə günahlandırıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr