AZ

Dekabrda günəşli hava bizim üçün xəbərdarlıqdır AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Qış fəlsi və dekabr ayı olmasına baxmayaraq, Bakıda günəşli və normadan isti havanın müşahidə olunması iqlim dəyişikliklərinin regionumuzda artıq real təsir göstərdiyini deməyə əsas verir. Son illər fəsillərarası temperatur fərqləri zəifləyib, payız və qış aylarında anomal istilər daha tez-tez qeydə alınır”.Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Samir Quliyev deyib.Onun sözlərinə görə, bu hal əsasən qlobal istiləşmə, atmosfer sirkulyasiyasındakı dəyişikliklər və Xəzər dənizinin temperatur balansının pozulması ilə əlaqələndirilir:“Xüsusilə şəhər mühitində asfalt örtüyü, sıx tikinti və yaşıl sahələrin azalması istilik adası effektini gücləndirir. Nəticədə Bakı kimi iri şəhərlərdə hava temperaturu normadan daha yüksək olur. Bu proses təkcə iqlimə deyil, həm də ekosistemə, bitki örtüyünün inkişaf dövrlərinə və insan sağlamlığına təsir göstərir. Qışın yumşaq keçməsi bəzi zərərvericilərin çoxalmasına da şərait yarada bilər. Uzunmüddətli perspektivdə bu cür anomal hava şəraitinin artması ciddi ekoloji risklər yaradır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
demokrat.az

1Mənbələr