AZ

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi

Bakı. Trend:

Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrınınbinası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindənsonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimikeçirilib.

Trend xəbər verir ki, açılışmərasimindən əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziriAdil Kərimli, teatrın kollektivi, mədəniyyət xadimləri, QərbiAzərbaycan İcmasının nümayəndələri və millət vəkilləri binadayaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi qonaqlaraaparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur vəimkanlar barədə məlumat verib.

3000 kv.m-lik teatr binasının yenidənqurma layihəsi çərçivəsindəteatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, əlavə olaraqyeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səssistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatrtəcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdantəkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq vəestetik ahəngdarlıq prinsipləri əsasında yenidənformalaşdırılıb.

Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrimotaqları, dekorasiya və yeni iki texniki xidmət sahəsi yaradılıb,inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zərurişərait təmin olunub.

Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurmaişləri təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda İrəvanDövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialınıngücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasınaxidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarınıgenişləndirir və milli teatr sənətinin inkişafına təkan verir.

Daha sonra açılış mərasimi və teatrın truppası ilə görüş baştutub. Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyətnaziri Adil Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasınınsədri Əziz Ələkbərli, Teatr Xadimləri İttifaqının sədri Xalqartisti Hacı İsmayılov və başqaları çıxış ediblər.

Çıxışlarda binada yaradılan şəraitə və mədəniyyətimizininkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlhamƏliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəriMehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

Görüşün sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrınınkollektivi adından Prezident İlham Əliyevə təbrik və təşəkkürmüraciəti oxunub.

İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
İrəvan
Məqalədə:
Seçilən
78
7
az.trend.az

8Mənbələr