Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın bir neçə avropalıya, o cümlədən keçmiş Avropa komissarı Thierry Breton-a qarşı sanksiyalar tətbiq etməsini tənqid edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Makron bu addımı Avropanın rəqəmsal suverenliyinə qarşı qorxutma və məcburetmə aktı kimi qiymətləndirib.
Fransa prezidenti X platformasında qeyd edib ki, ABŞ belə bir sanksiyalarla Avropanı qorxutmaq istəyir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın bu istiqamətdə kursunun dəyişməyəcəyini, Vaşinqtonun sanksiya siyahısının genişləndiriləcəyini vurğulayıb.
Cavid