AZ

ABŞ-Belarus əlaqələri çərçivəsində kəşfiyyat orqanlarının işi müzakirə olunub



Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel Prezident Aleksandr Lukaşenkoya Belarus-Amerika əlaqələri çərçivəsində kəşfiyyat orqanlarının işi barədə hesabat verib.

Newscenter.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Müzakirə Rusiya-Ukrayna münaqişəsində humanitar məsələlərin həllində Belarus tərəfinin konkret addımları və köməyi, eləcə də ABŞ-ın danışıqlar üçün yeni təklifləri ətrafında cərəyan edib.

Tertel həmçinin Belarus-Litva sərhədindəki vəziyyət, o cümlədən hava şarları ilə bağlı hadisələr barədə danışıb. Agentliyin məlumatına görə, Vilnüsün bu məsələni siyasi alətə çevirmək cəhdlərinə baxmayaraq, Minsk konstruktiv qarşılıqlı əlaqəyə və sərhəd əməkdaşlığı və digər məsələlər üzrə danışıqlara açıq qalır.

Belarus-Polşa münasibətləri də hesabatın diqqət mərkəzində olub. DTK rəhbəri ölkələr arasında ən aktual məsələlərin həlli üçün kəşfiyyat orqanları arasında əlaqələr barədə məlumat verbi.

Fuad
Seçilən
23
1
newscenter.az

2Mənbələr