AZ

Amorim Maynu ilə Fernandeşin “Nyukasl”a qarşı oynamayacaqlarını bildirib

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçilər Kobbi Maynu və Bruno Fernandeşin 26 dekabrda “Nyukasl Yunayted”ə qarşı keçiriləcək Premyer Liqanın 18-ci tur matçını buraxacağını açıqlayıb.

İdman.Biz bildirir ki, Maynu ötən həftə “Aston Villa”ya qarşı oyunu (1:2) baldır zədəsi səbəbindən buraxmışdı, Fernandeş isə həmin oyun zamanı yumşaq toxuma zədəsi almışdı.

“Maynu və Fernandeş “Nyukasl Yunayted”ə qarşı oynaya biləcəklərmi? Xeyr, bu dəfə yox. Onlar sağalırlar. Düşünmürəm ki, bu, çox çəkəcək. Kobbi Brunodan tez qayıdacaq. Bruno nə qədər oynaya bilməyəcəyini demək istəmirəm. Əlbəttə ki, mənim təxminlərim var, amma görəcəyik”, - deyə Amorim “Mançester Yunayted”in mətbuat xidmətinə bildirib.

İdman.Biz
Seçilən
38
1
idman.biz

2Mənbələr