Moskvada tikintidə nəhəng qaz balonu partlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Səkiyə düşən balon iki nəfərin xəsarət almasına səbəb oldu, yaralılar xəstəxanadadır.
Məlumata görə, Moskvada Naximov prospektində yerləşən “Novıye Akademiki” yaşayış kompleksinin tikinti meydançasında güclü partlayış baş verib.
Hadisə zamanı nəhəng qaz balonu partlayaraq havaya qalxıb.
Şahidlərin sözlərinə görə, əvvəlcə gurultulu səs eşidilib, daha sonra balon tikinti sahəsindən təxminən 200 metr kənara – səkiyə uçaraq yerə çırpılıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az